Səfir: "Son 25 ildə Azərbaycan, Türkiyə və Gürcüstan birgə çox uğurlu layihələr həyata keçirib"

Səfir: "Son 25 ildə Azərbaycan, Türkiyə və Gürcüstan birgə çox uğurlu layihələr həyata keçirib" Azərbaycan, Türkiyə və Gürcüstan son 25 ildə çox mühüm əhəmiyyət kəsb edən layihələr həyata kecirib. Bu layihələr təkcə bizim ölkələrin deyil, dünyanın iqtisadi inkişafında mühüm rol oynayır.
Xarici siyasət
21 İyun , 2019 13:11
Səfir: Son 25 ildə Azərbaycan, Türkiyə və Gürcüstan birgə çox uğurlu layihələr həyata keçirib

"Azərbaycan, Türkiyə və Gürcüstan son 25 ildə çox mühüm əhəmiyyət kəsb edən layihələr həyata kecirib. Bu layihələr təkcə bizim ölkələrin deyil, dünyanın iqtisadi inkişafında mühüm rol oynayır".

"Report"un yerli bürosu xəbər verir ki, bu fikirləri Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Tbilisidə keçirilən 8-ci Caspian Energy Forumunda çıxışı zamanı bildirib.

Səfir deyib ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər regional layihələr bu gün təkcə regionun deyil, Avropanın inkişafında mühüm rol oynayır: "Biz əvvəl bu layihələri həyata keçirərkən Çin Xalq Respublikasını və digər bəzi inkişaf etmiş dovlətləri nəzərə almamışdıq. Amma bu gün Çin və digər böyük dövlətlərin bu layihəyə qoşulması bizim birgə səylərimizin və gördüyümüz işlərin necə böyük əhəmiyyətə malik olduğunu sübut edir".

F.C.Yazqan vurğulayıb ki, layihələrin daha böyük gəlir gətirməsi, xalqlarımızın rifah halının yaxşılaşmasına təkan verməsi üçün təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməlidir: "Digər tərəfdən insan kapitalı diqqət mərkəzində olmalıdır. İnsan kapitalının inkişafı xalqlarımızın və dövlətlərimizin inkişafı üçün böyük fayda gətirəcək".

Son xəbərlər

Orphus sistemi