Səfir: “Salome Zurabişvili Türkiyə-Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına mühüm töhfə verəcək”

Səfir: “Salome Zurabişvili Türkiyə-Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına mühüm töhfə verəcək”
Xarici siyasət
1957
12 Dekabr , 2018 19:03
Səfir: “Salome Zurabişvili Türkiyə-Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına mühüm töhfə verəcək”

Tbilisi. 12 dekabr. REPORT.AZ/ “Türkiyə, Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq mövcuddur. Əminəm ki, Salome Zurabişvili Gürcüstan Prezidenti olaraq bu münasibətlərin inkişafına mühüm töhfə verəcək”.

Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib.

Səfir Türkiyənin Gürcüstandakı prezident seçkilərinin dinc şəraitdə keçirilməsini məmnuniyyətlə qarşıladığını bildirib: “Dövlət başçısının qadın və ya kişi olması önəmli deyil, onun səlahiyyətlərindən necə istifadə edəcəyi daha vacibdir. Xanım Zurabişvili təcrübəli diplomatdır və xarici işlər naziri olub. O, Türkiyə-Azərbayca-Gürcüstan üçtərəfli əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətini anlayır. İnanıram ki, xanım dövlət başçısı səlahiyyətləri çərçivəsində bu əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək”.