Səfir: "Rumıniya və Azərbaycan regionların əməkdaşlığı üçün yaxşı perspektivlərə malikdir"

Səfir: "Rumıniya və Azərbaycan regionların əməkdaşlığı üçün yaxşı perspektivlərə malikdir" Rumıniya səfiri Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini ilə görüşüb
Xarici siyasət
23 Noyabr , 2015 15:29
Səfir: Rumıniya və Azərbaycan regionların əməkdaşlığı üçün yaxşı perspektivlərə malikdir

Bakı. 23 noyabr. REPORT.AZ/ Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənovla görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, H.Həsənov Rumıniya və Azərbaycan arasında bütün sahələrdə gözəl əlaqələrin olduğunu qeyd edib. O, həmçinin Şəkidə aparılan uğurlu islahatlar barədə məlumat verib.

Öz növbəsində, səfir Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib və iki ölkənin regionları arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd edib.

D.K.Çobanu ticarət sahəsində əməkdaşlığın artırılması üçün Qara dəniz və Xəzər dənizi arasında nəqliyyat dəhlizinin yaratdığı imkanlardan istifadə etməyin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, D.K.Çobanu Şəkiyə səfəri çərçivəsində Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında NATO-Azərbaycan əlaqələrinin perspektivləri mövzusunda mühazirə deyəcək.

Son xəbərlər

Orphus sistemi