Səfir: "Rumıniya NATO-Azərbaycan əməkdaşlığının inkişafını dəstəkləməkdə davam edəcək

Səfir: "Rumıniya NATO-Azərbaycan əməkdaşlığının inkişafını dəstəkləməkdə davam edəcək Azərbaycan və NATO münasibətlərinin möhkəmləndirilməsi mövzusunda dəyirmi masa keçirilib
Xarici siyasət
2 Mart , 2015 17:56
Səfir: Rumıniya NATO-Azərbaycan əməkdaşlığının inkişafını dəstəkləməkdə davam edəcək

Bakı. 2 mart. REPORT.AZ/ NATO-nun Azərbaycandakı fəaliyyətinin koordinatoru olan Rumıniyanın Bakıdakı səfirliyi "NATO-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi: perspektivlər və imkanlar" mövzusunda dəyirmi masa təşkil edib.

Rumıniyanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, tədbirdə Şimali Atlantik Alyansın rəsmi şəxsləri, Azərbaycanda akkreditasiya olunan NATO ölkələri səfirləri, diplomatları və hərbi attaşeləri iştirak ediblər. 

Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu NATO və Azərbaycan arasında münasibətlərin strateji əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan regionda etibarlı tərəfdaşdır və Avropada enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. 

"Treninqlərin təşkil olunması və keçirilməsi NATO-Azərbaycan əməkdaşlığının mühüm istiqamətlərindəndir. Rumıniya gələcəkdə də bu əməkdaşlığı dəstəkləyəcək", - D.Çobanu bildirib. 

NATO qərargahının nümayəndəsi Jan D`Andurayn NATO-Azərbaycan münasibətlərinin inkişafı haqqında danışıb. 

Öz növbəsində NATO-nun digər nümayəndəsi Pavel Anastasov qurumun treninqlər və təlim üzrə proqramının mühüm elementlərini təqdim edib. 

Dəyirmi masanın iştirakçıları NATO və Azərbaycan arasında əlaqələrin müsbət inkişafı haqqında fikir mübadiləsi aparıblar. 

Son xəbərlər

Orphus sistemi