Səfir: "Azərbaycan həqiqətlərinin Qırğızıstanda daha yaxından tanıdılması üçün güclü iş aparılıb"

Səfir: "Azərbaycan həqiqətlərinin Qırğızıstanda daha yaxından tanıdılması üçün güclü iş aparılıb" Hidayət Orucov Qırğızıstanın Dövlət televiziyasının “Dostluq Körpüsü” verilişinin qonağı olub
Xarici siyasət
15 Fevral , 2016 21:24
Səfir: Azərbaycan həqiqətlərinin Qırğızıstanda daha yaxından tanıdılması üçün güclü iş aparılıb

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov fevralın 13-də yerli İctimai Teleradio Yayım Korporasiyasının (KTRK) “Most Drujbı” (“Dostluq Körpüsü”) verilişinin qonağı olub.

Səfirlikdən "Report"a verilən məlumata görə, müsahibə zamanı Hidayət Orucov əsasən Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlər və digər mövzular haqqında danışıb.

Səfir qeyd edib ki, axır üç ildə həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızıstanda və Qırğızstan həqiqətlərinin Azərbaycanda daha yaxından tanıdılması üçün güclü iş aparılıb.

Hidayət Orucov iki ölkə arasında əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etməkdə olduğunu vurğulayıb.

Hidayət Orucov KTRK-nın “Azərspace-1” peykinin resurslarından istifadə etməyə başlamasını yüksək qiymətləndirib, Qırğızıstanın digər televiziya kanallarının da Azərbaycan peykinə maraq göstərdiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi