Səfir: "Qənirə Paşayeva Özbəkistanda da layiqli hörmət qazanmışdı"

Səfir: "Qənirə Paşayeva Özbəkistanda da layiqli hörmət qazanmışdı" “Qənirə Paşayeva qısa sürən bütün ömrünü xalqına fədakar xidmətə, eləcə də onun xarici ölkələrlə əlaqələrinin möhkəmləndirməsinə həsr etmişdir”.
Xarici siyasət
29 Sentyabr , 2023 12:20
Səfir: Qənirə Paşayeva Özbəkistanda da layiqli hörmət qazanmışdı

“Qənirə Paşayeva qısa sürən bütün ömrünü xalqına fədakar xidmətə, eləcə də onun xarici ölkələrlə əlaqələrinin möhkəmləndirməsinə həsr etdı”.

“Report”un xəbərinə görə, bunu Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəxram Əşrəfxanov “X” hesabında yazıb.

O, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

Diplomat bildirib ki, Q.Paşayeva Özbəkistanda layiqli hörmət qazanmışdı: “Onun ailəsinə, yaxınlarına və parlamentin rəhbərliyinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Son xəbərlər

Orphus sistemi