Yuxarı
    Bağlamaq

    Səfir: "Qazaxıstanda Azərbaycan kapitalı ilə təxminən 700 şirkət fəaliyyət göstərir"

    Beybit İsabayev: Azərbaycan Qafqaz regionunda əsas siyasi və iqtisadi tərəfdaşımızdır© Astana times

    Bakı. 11 aprel. REPORT.AZ/ "Azərbaycan Qafqaz regionunda əsas siyasi və iqtisadi tərəfdaşımızdır".

    "Report" xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev "Astana Times" nəşrinə müsahibəsində deyib.

    Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bir müddət əvvəl Bakıya səfərini şərh edən B.İsabayev prezidentlər arasında doqquz müxtəlif saziş və bəyannamənin imzalandığını xüsusi vurğulayaraq, səfəri uğurlu adlandırıb. "Gələcək əlaqələrimiz baxımından nikbinik", - o əlavə edib.

    Səfir, həmçinin iki ölkənin beynəlxalq arenada bir-birini fəal şəkildə dəstəklədiyini qeyd edib.

    İqtisadi əlaqələrdən danışan, B.İsabayev ötən il ticarət dövriyyəsinin 124 milyon dollar təşkil etdiyini bildirib: "Bu, 2015-ci ilin göstəricisindən 7,9% çoxdur, amma 2014-cü ilin rəqəmlərindən azdır. Bu, qlobal iqtisadi problemlər və dünya iqtisadiyyatında çətin vəziyyət ilə əlaqədardır".

    Diplomat Qazaxıstanda Azərbaycan kapitalı ilə təxminən 700 şirkətin qeydiyyatdan keçdiyini söyləyib. Onun sözlərinə görə, Azərbaycanda isə Qazaxıstan kapitalı ilə təxminən 60 şirkət var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi