“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu il Azərbaycana baş tutacaq səfəri ikitərəfli əməkdaşlığın inkişafına güclü təkan verəcək”.
“Report” xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Biznes Forumunda bildirib.
Diplomatın sözlərinə görə, səfər zamanı ölkələr arasında bir sıra ikitərəfli sənədlərin, həmçinin ikitərəfli iqtisadi -ticarət əməkdaşlığı haqqında yeni hökumətlərarası sazişin, 2026-cı ilə qədər əməkdaşlığın inkişafına dair hərtərəfli proqramın imzalanacağı gözlənilir.