Səfir: "Qazaxıstan ilə Azərbaycan arasındakı münasibətlər nümunəvidir"

Səfir: "Qazaxıstan ilə Azərbaycan arasındakı münasibətlər nümunəvidir" Bakı. 5 dekabr. REPORT.AZ/ Qazaxıstan və Azərbaycan arasında ikitərəfli əlaqələr yüksək səviyyədədir, hərtərəfli inkişaf edir və nümunəvidir.
Xarici siyasət
5 Dekabr , 2018 10:50
Səfir: Qazaxıstan ilə Azərbaycan arasındakı münasibətlər nümunəvidir
0 : 00
0 : 00

Bakı. 5 dekabr. REPORT.AZ/ "Qazaxıstan və Azərbaycan arasında ikitərəfli əlaqələr yüksək səviyyədədir, hərtərəfli inkişaf edir və nümunəvidir".

"Report" xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Qazaxıstanın Birinci Prezidenti Günü münasibətilə keçirilən qəbulda deyib.

Onun sözlərinə görə, tərəflər bütün məsələləri mehriban qonşuluq, qarşılıqlı faydalı tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda həll edirlər: "Qazaxıstanın qardaş ölkə ilə dostluq və əməkdaşlığın dərinləşməsi kursu dəyişməz olaraq qalır".

Diplomat vurğulayıb ki, müstəqillik illərində Qazaxıstan çətin dönəmlərdən keçməyi bacarıb və bu gün respublika dinamik inkişaf edən iqtisadiyyata malik dövlət, dünya birliyinin hörmətli üzvü, beynəlxalq proseslərdə fəal iştirakçı, regional və qlobal təşəbbüslərin müəllifidir və bütün bunlarda Qazaxıstan lideri Nursultan Nazarbayevin əvəzsiz rolu var.

Son xəbərlər

Orphus sistemi