Yuxarı

Səfir: "Prezident İlham Əliyevin İrana səfəri tarixi əhəmiyyət kəsb edir"

Möhsün Pak Ayin: İlham Əliyev İran prezidenti Həsən Ruhanini Azərbaycana səfərə dəvət edib

Bakı. 25 fevral. REPORT.AZ/ "Prezident İlham Əliyevin fevralın 23-də İrana səfəri tarixi əhəmiyyət kəsb edir".

"Report" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

O bunun son bir il ərzində Azərbaycan və İran prezidentləri arasında baş tutan beşinci görüş olduğunu xatırladıb. Səfir səfər zamanı iki tərəf arasında 11 sazişin imzalandığını xüsusi vurğulayıb: "İki saziş neft-qaz sektorunu, o cümlədən SOCAR və İran Milli Neft Şirkəti arasında əməkdaşlıq haqqında razılaşmanı əhatə edirdi. Eyni zamanda, fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. "Qız qalası" və "Xudafərin" su bəndləri ətrafında işlərin davam etdirilməsi haqqında saziş isə xüsusilə əhəmiyyətli idi".

Diplomat səfər zamanı prezidentlərin regional və təhlükəsizlik məsələlərini müzakirə etdiyini bildirib. M.Pak Ayin tərəflərin Suriya münaqişəsi mövzusuna toxunaraq böhranın həll yolunun müharibə olmadığnı vurğuladıqlarını qeyd edib. Səfir prezidentlərin şiələr və sünnilər arasında birlik yaradılmasının vacibliyini də qeyd etdiklərini söyləyib.

M.Pak Ayin İ.Əliyevin İran prezidenti Həsən Ruhanini Azərbaycana səfərə dəvət etdiyini bildirib.

Səfir İ.Əliyevin İranın ali lideri ayətullah Seyid Əli Xamenei ilə görüşündə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadənin də iştirak etdiyini və tərəflərin Azərbaycan dilində danışıq apardığını vurğulayıb: "Çox səmimi görüş oldu. Hətta görüş protokolda nəzərdə tutulduğundan da uzun çəkdi".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi