"Fransa və Azərbaycan arasında siyasi dialoq yüksək səviyyədə əlaqələr nəticəsində sürətlənir".
“Report” xəbər verir ki, bu fikirləri Fransanın Azərbaycandakı səfiri Aureliya Buş ölkəsinin Milli Bayramı münasibətilə Bakıda keçirilən qəbulda bildirib.
"Azərbaycan Prezidenti
O, həmçinin Azərbaycanın "çoxqütblü siyasəti" sayəsində Xəzər regionunda sabitliyə əhəmiyyətli töhfə verdiyini qeyd edib.
A.Buşe əlavə edib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqdir.
Öz növbəsində Azərbaycanın xarici işlər nazirinin müavini
"Ümid edirik ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün öz səylərini artıracaq", - deyə Xələfov bildirib.
Onun sözlərinə görə, münaqişə üzrə mövcud status-kvo qəbuledilməzdir.
Nazir müavini həmçinin qeyd edib ki, Azərbaycanın orta təhsil müəssisələrində fəal şəkildə fransız dili öyrədilir. Fransız dili Azərbaycanda 338 məktəbdə və 7 universitetdə tədris edilir. Ümumilikdə fransız dilini 50 min məktəbli və ali məktəblərin 5 min tələbəsi öyrənir.