Səfir: “Pandemiya Azərbaycan və Meksika arasında iqtisadi əlaqələrə mənfi təsir göstərməyib”

Səfir: “Pandemiya Azərbaycan və Meksika arasında iqtisadi əlaqələrə mənfi təsir göstərməyib” “Azərbaycan və Meksika koronavirus pandemiyası zamanı vaksinlərin ədalətli və bərabər paylanması ideyasını dəstəkləyib”.
Xarici siyasət
14 Fevral , 2023 13:43
Səfir: “Pandemiya Azərbaycan və Meksika arasında iqtisadi əlaqələrə mənfi təsir göstərməyib”

“Azərbaycan və Meksika koronavirus pandemiyası zamanı vaksinlərin ədalətli və bərabər paylanması ideyasını dəstəkləyib”.

"Report" xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero Bakıda Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə deyib.

"Pandemiya Azərbaycan və Meksika arasında iqtisadi əlaqələrə mənfi təsir göstərməyib. Hətta ötən il bu baxımdan artım qeydə alınıb, ölkələr arasında əmtəə dövriyyəsi 63 milyon ABŞ dolları təşkil edib", - səfir deyib və Meksika məhsullarının Azərbaycan bazarına daha çox tədarük ediləcəyinə ümidvar olduğunu bildirib.

V.Romero Meksikanın Azərbaycan ilə turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi