​Səfir: "Pakistan və Azərbaycan beynəlxalq arenada bir-birini dəstəkləyirlər"

​Səfir: "Pakistan və Azərbaycan beynəlxalq arenada bir-birini dəstəkləyirlər" Bakıda Pakistanın milli bayramı qeyd olunub
Xarici siyasət
7 Sentyabr , 2015 10:04
​Səfir: Pakistan və Azərbaycan beynəlxalq arenada bir-birini dəstəkləyirlər

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakıda 1965-ci il Hindistan-Pakistan müharibəsindəki hadisələrə həsr olunmuş Pakistan Müdafiə Gününün 50 illik yubileyi qeyd olunub.

"Report" xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfirliyinin əməkdaşları, eləcə də Azərbaycanda fəaliyyət göstərən Pakistan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Xalid Usman Qayser Pakistan tarixində bu günün əhəmiyyətindən danışıb. Pakistanın Azərbaycanla ikitərəfli münasibətlərə toxunan səfir Pakistan və Azərbaycanın beynəlxalq arenada hər zaman bir-birini dəstəklədiyini bildirib.

Sonra, 1965-ci ilin hadisələrindən bəhs edilən qısa video-çarx təqdim olunub.

Son xəbərlər

Orphus sistemi