Yuxarı

Səfir Pakistan investorlarını Azərbaycana sərmayə yatırmağa çağırıb

Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi xeyriyyə tədbirlədən də danışılıb

Bakı. 12 noyabr. REPORT.AZ/ "Azərbaycan-Pakistan əlaqələrinin böyük potensialı mövcuddur".

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu barədə səfir Daşqın Şikarov Pakistanın "Diplomatic Star" jurnalına verdiyi müsahibədə deyib.

Azərbaycanın iqtisadi inkişafı və xarici investisiya mühiti, habelə ikitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyəti barədə danışan D.Şikarov Azərbaycanın xarici investisiya üçün əlverişli şərait yaradan, liberal investisiya siyasəti yeritdiyini, tanınmış transmilli şirkətlərin ölkəmizdə fəaliyyət göstərdiyini, fiziki və hüquqi şəxslərin qeydiyyatı və xarici valyuta dövriyyəsinə heç bir məhdudiyyət qoyulmadığını vurğulayıb və Pakistan investorlarını Azərbaycana sərmayə qoymağa çağırıb.

Azərbaycanın səfiri, həmçinin regionda həyata keçiriən regional layihələrdən də danışıb.

Region inkişafı ilə bağlı suala isə, D.Şikarov bunun üçün başlıca maneənin tarixən Azərbaycan əraziləri olan Dağlıq Qarabağ münaqişəsi olduğunu, ədalətin bərpası və BMT TŞ qətnamələrinin icrasının Azərbaycanın və bütün regionun inkişafına çox böyük təsir göstərəcəyini diqqətə çatdırıb.

Eyni zamanda səfir Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi xeyriyyə tədbirlərindən də danışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi