Səfir: "Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir"

Səfir: "Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir" Bakıda Pakistan İslam Respublikasının yaranmasının 68-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub
Xarici siyasət
3 Aprel , 2015 20:26
Səfir: Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir

Bakı. 3 aprel. REPORT.AZ / Bakıda Pakistan İslam Respublikasının yaranmasının 68-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.

"Report"un xəbərinə görə, iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser çıxışında bildirib ki, Pakistan və Azərbaycan arasındakı münasibətlərin kökü dərindir. Səfir bildirib ki, Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı, Azərbaycan isə Cammu və Kəşmir məsələsində Pakistanı dəstəkləyir.

O, həmçinin deyib ki, Pakistan xalqı Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya onun Pakistandakı humanitar yardımlarına görə yüksək hörmət bəsləyir və onun rəhbərliyi ilə Heydər Əliyev Fondunun Pakistanda gördüyü işləri çox yüksək qiymətləndirir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə çıxışında Azərbaycan Prezidenti və xalqı adından Pakistan xalqını və dövlətini təbrik edib. İki ölkənin münasibətlərinin qədim tarixə malik olduğunu deyən nazir bildirib k, Azərbaycan və Pakistan arasında daim sıx qardaşlıq münasibətləri olub: "Ölkəmiz müstəqillik qazandıqdan sonra bu münasibətlər daha surətlə inkişaf etməyə başladı. İki ölkə arasında bu günə kimi 30 dan artıq sənəd imzalanıb. Son illər iqtisadi əlaqələr sürətlə inkişaf edir, bir il ərzində ticarət dövriyyəsinin həcmi 2,5 dəfə artıb". 

S.Müslümov xatırladıb ki, Pakistan Ermənistanı dövlət kimi tanımayan yeganə ölkədir: "Azərbaycan Pakistanın bu dəstəyini daim qiymətləndirir".

Tədbirdə həmçinin Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın "Uzaqdakı ən yaxın Pakistan" adlı kitabının təqdimatı da keçirilib. 

Son xəbərlər

Orphus sistemi