Səfir: "Pakistan Azərbaycanla enerji infrastrukturu sahəsində əməkdaşlıqda maraqlıdır"

Səfir: "Pakistan Azərbaycanla enerji infrastrukturu sahəsində əməkdaşlıqda maraqlıdır" "Azərbaycan müstəqillik illəri ərzində yardım qəbul edən ölkədən bu yardımı göstərən ölkəyə çevrilib"
Xarici siyasət
19 Fevral , 2015 15:58
Səfir: Pakistan Azərbaycanla enerji infrastrukturu sahəsində əməkdaşlıqda maraqlıdır

Bakı. 19 fevral. REPORT.AZ/ "Pakistan və Azərbaycan enerji infrastrukturu sahəsində əməkdaşlıq edə bilər". Bu barədə "Report"a müsahibəsində Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser bildirib. 

Səfir müxtəlif sahələrdə əməkdaşlıq üçün mövcud potensialı qeyd edib və pakistanlıları Azərbaycana sərmayə qoymağa və birgə müəssisələr yaratmağa çağırıb. Buna baxmayaraq, səfir bu sahədə ciddi addımların atılmadığına görə təəssüfləndiyini bildirib. X.Qayser qeyd edib ki, bu istiqamətdə işlər görülür.

Hərbi sahədə əməkdaşlıqdan danışan səfir vurğulayıb ki, bu sahədə təcrübə mübadiləsi aparılır, eləcə də hərbi kadrların hazırlığı həyata keçirilir. 

Humanitar sahədəki əməkdaşlıq barədə də danışan X.Qayser bildirib ki, Azərbaycan müstəqillik illəri ərzində yardım qəbul edən ölkədən bu yardımı göstərən ölkəyə çevrilib. Bu işdə səfir birinci xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edib. X.Qayser xatırladıb ki, Fondun dəstəyi ilə zəlzələ nəticəsində dağıntılara məruz qalmış Muzəffərabadda məktəb tikilib, bir neçə il bundan əvvəl güclü sel nəticəsində zərər çəkən insanlara humanitar yardım göstərilib. 

"Bütün bu işlərə görə Mehriban Əliyeva Pakistanın ali ordeninə layiq görülüb və bununla da həmin mükafatı alan ilk xarici vətəndaş olub. O, pakistanlıların qəlbində xüsusi yer tutub", - səfir bildirib. 

Son xəbərlər

Orphus sistemi