Səfir: “Ötən il Rusiya-Azərbaycan münasibətləri baxımından əhəmiyyətli oldu”

Səfir: “Ötən il Rusiya-Azərbaycan münasibətləri baxımından əhəmiyyətli oldu” “2021-ci il Azərbaycan və Rusiyanın ikitərəfli münasibətləri baxımından əhəmiyyətli oldu”.
Xarici siyasət
26 Yanvar , 2022 11:49
Səfir: “Ötən il Rusiya-Azərbaycan münasibətləri baxımından əhəmiyyətli oldu”
Mixail Boçarnikov

“Azərbaycan və Rusiyanın ikitərəfli münasibətləri baxımından 2021-ci il əhəmiyyətli oldu”.

“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

O bildirib ki, ötən il 4 dəfə görüşmüş iki ölkə lideri münasibətlərin dinamikasını müəyyən ediblər: "Bundan başqa, digər səviyyələrdə də görüşlər keçirilib. Bura parlament, Baş nazirlərin müavinləri, xarici işlər nazirləri və digər səviyyələr üzrə görüşlər daxildir. Ötən ilin ticari-iqtisadi yekunlarına gəlincə, Rusiya tərəfinin statistikasına görə, ötən ilin ilk 11 ayı ərzində ölkələr arasında mal dövriyyəsi 2,9 milyard ABŞ dolları təşkil edib".

Səfirin sözlərinə görə, dekabr ayını da nəzərə alsaq, bu göstəricinin 3 milyard ABŞ dolları təşkil edəcəyini gözləmək olar: "Rusiyanın Azərbaycandakı ümumi investisiya həcmi 4,2 milyard təşkil edir".

Son xəbərlər

Orphus sistemi