Yuxarı
    Bağlamaq

    Səfir: "Ötən il Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi artıb"

    Dan Yanku: Hazırda 2017-ci il üçün gündəlikdə duran əsas məsələlər üzərində iş gedir

    Bakı. 16 yanvar. REPORT.AZ/ "2016-cı ilin ilk 10 ayı ərzində Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 150 milyon dollar təşkil edib".

    "Report" xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku jurnalistlərə açıqlamasında deyib.

    Diplomat hesab edir ki, iki ölkə arasında ticarət dövriyyəsinin səviyyəsi əvvəlki illərlə müqayisədə daha yüksək olacaq. 

    Azərbaycan və Rumıniya arasında gözlənilən yüksək səviyyəli səfərlər barədə danışan D.Yanku hazırda 2017-ci il üçün gündəlikdə duran əsas məsələlər üzərində iş getdiyini vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi