Səfir Nazim Səmədov ilə Rabatın meri arasında görüş keçirilib

Səfir Nazim Səmədov ilə Rabatın meri arasında görüş keçirilib Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov ilə Rabatın meri xanım Asmaa Rhlalou arasında görüş keçirilib.
Xarici siyasət
1 İyun , 2023 07:38
Səfir Nazim Səmədov ilə Rabatın meri arasında görüş keçirilib

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov ilə Rabatın meri xanım Asmaa Rhlalou arasında görüş keçirilib.

“Report” xəbər verir ki, səfir merə Bakı haqqında maraqlı məlumatlar verib və Bakının İçərişəhər hissəsinin UNESCO-nun siyahısına daxil olduğunu diqqətinə çatdırıb.

Görüş zamanı iki paytaxt (Bakı və Rabat) arasında əlaqələrin inkişafı istiqamətində əməkdaşlıq geniş müzakirə edilib. Səfir Bakı şəhərinin idarəedilməsi sistemi haqqında bilgiləndirib və hər iki struktur ilə (Bakı Şəhər İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mümkün əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Xanım mer gələcək əməkdaşlıq məqsədilə Bakının icra başçısını Rabata rəsmi səfərə dəvət etməyə hazır olduğunu vurğulayıb.

Fürsətdən istifadə edərək, səfir də öz növbəsində Asmaa Rhlalounu Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti ilə tanış olmaq üçün ölkəmizə dəvət edib.

Səfir yüksək səviyyədə müntəzəm görüşlərin, onun nəticəsində ikitərəfli mədəni əməkdaşlığın qurulması və “şəhər diplomatiyasının” keçirilməsi üçün çox əhəmiyyətli olduğunu ifadə edib.

Görüşdə xanım mer Rabatda keçirilən islahatlar barədə geniş məlumat verib və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi