Bakı. 1 fevral. REPORT.AZ/ "Bu gün diplomatik xidmət Rusiya Federasiyasında Prezidentin rəhbərliyi altında əsas strukturlardan biridir və bu, ölkənin xarici kursunu müəyyənləşdirir. O, dünyanın bütün regionlarında praktik tapşırıqlar yerinə yetirir".
"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakı Slavyan Universitetində Rusiyanın diplomatik xidmətinə həsr olunmuş tədbirdə deyib.
Beynəlxalq vəziyyət barədə danışan diplomat qeyd edib ki, bu gün dünyada II Dünya Müharibəsindən sonra yaranmış dünya sistemini sarsıdan proseslər gedir.
"Beynəlxalq hüququn mövcud sistemi getdikcə daha çox hücumlara məruz qalır. Beynəlxalq hüququn əsasını