Səfir: Meksika ilə Azərbaycan arasında neft hasilatı sahəsində xeyli əməkdaşlıq imkanları mövcuddur

Səfir: Meksika ilə Azərbaycan arasında neft hasilatı sahəsində xeyli əməkdaşlıq imkanları mövcuddur Rodrigo Labardini Neft Qaz Elmi Tədqiqat Layihə İnstitunun direktoru ilə görüşüb
Xarici siyasət
22 İyul , 2016 20:08
Səfir: Meksika ilə Azərbaycan arasında neft hasilatı sahəsində xeyli əməkdaşlıq imkanları mövcuddur

Bakı. 22 iyul. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini Neft Qaz Elmi Tədqiqat Layihə İnstitunun direktoru Fəxrəddin İsmayılovla görüşüb.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə Meksika Neft İnstitunun (İMP) Texnoloji Rəqabət Bölməsinin rəhbəri Victor Ortiz də iştirak edib.

F.İsmayılov institutun tarixi haqqında məlumat verib və deyib ki, 22 doktorun, 188 elmlər namizədinin işlədiyi institutda indiyədək 1200-dən çox kəşf reallaşdırılıb.

Səfir Rodrigo Labardini Meksika-Azərbaycan ikitərəfli əlaqələrindən danışıb və neft hasil edən ölkələr olduğuna görə həmin sahədə xeyli əməkdaşlıq imkanlarının mövcud olduğunu vurğulayıb.

Hər iki tərəf ortaq maraq və yeni tədqiqat layihələrinin hazırlanması məqsədi ilə mütəxəssislərin müəssisələrə qarşılıqlı səfərlərinin reallaşdırılması haqqında razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi