Səfir: “Keşikçi dağla bağlı status-kvo mərhələli şəkildə bərpa olunur”

Səfir: “Keşikçi dağla bağlı status-kvo mərhələli şəkildə bərpa olunur” “Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı status-kvo mərhələli şəkildə bərpa olunur”.
Xarici siyasət
18 Dekabr , 2019 19:58
Səfir: “Keşikçi dağla bağlı status-kvo mərhələli şəkildə bərpa olunur”

“Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı status-kvo mərhələli şəkildə bərpa olunur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

O, hazırda ruhanilərin kompleks ərazisində sərbəst şəkildə hərəkət etdiklərini deyib.

Səfir qeyd edib ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya fəaliyyətini davam etdirir: "Komissiyanın növbəti iclasının gələn ilin əvvəlində Tbilisidə keçirilməsi nəzərdə tutulur. Toplantıda vacib nəticələrin əldə olunacağına ümid edirəm".

Son xəbərlər

Orphus sistemi