Səfir: "İtaliya Yanardağ tarixi kompleksinin bərpası üzrə layihədə iştirak etməyə hazırdır"

Səfir: "İtaliya Yanardağ tarixi kompleksinin bərpası üzrə layihədə iştirak etməyə hazırdır" İtaliya tərəfi müvafiq layihə hazırlayıb
Xarici siyasət
16 Fevral , 2018 12:42
Səfir: İtaliya Yanardağ tarixi kompleksinin bərpası üzrə layihədə iştirak etməyə hazırdır

Bakı. 16 fevral. REPORT.AZ/ İtaliya Yanardağ tarixi dağ kompleksinin bərpası üzrə layihə hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari bildirib.

"Bu, doğrudur. Belə bir layihəmiz var. İtaliya tərəfinin razılığı var, Azərbaycan hökumətinin qərarını gözləyirik", - səfir deyib.

O vurğulayıb ki, Azərbaycan tərəfi ilə əməkdaşlığa davam etməyə şadıq: "Kompleksin olduqca vacib olduğunu bilirik. Hesab edirəm ki, italyan ustalarının işi Azərbaycana daha çox turist cəlb olunmasına kömək edəcək."

Son xəbərlər

Orphus sistemi