Səfir: "İran və Azərbaycan arasında heç bir siyasi problem yoxdur"

Səfir: "İran və Azərbaycan arasında heç bir siyasi problem yoxdur" İyun ayında Neftçalada yeni avtomobil zavodunun təməlinin qoyulacağı gözlənilir
Xarici siyasət
9 Fevral , 2017 17:43
Səfir: İran və Azərbaycan arasında heç bir siyasi problem yoxdur

Bakı. 9 fevral. REPORT.AZ/ "İran və Azərbaycan arasındakı əlaqələr yüksək səviyyədədir, ölkələr arasında heç bir siyasi problem yoxdur".

"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında deyib.

C.Cahangirzadə prezidentlərin son 3 ildə 7 dəfə görüşdüyünü xatırladıb: "Dünyada belə münasibətlər tapmaq çətindir".

Səfir həmçinin birgə layihələr barədə xatırlatma verərək, iyun ayında Neftçalada "İran Xodro" yeni avtomobil zavodunun təməlinin qoyulacağının gözlənildiyini söyləyib. O, avtomobil zavodunun nümayəndələrinin zavodun tikiləcəyi yerlə tanış olmaq məqsədilə bu yaxınlarda Neftçalada olduğunu bildirib.

C.Cahangirzadə "Astara-Astara" layihəsinə toxunub və bu layihənin bütün region üçün əhəmiyyətli olduğunu qeyd edib: "Mart ayında Azərbaycan Prezidentinin İran səfər edəcəyinə və layihənin açılışında iştirak edəcəyinə ümid edirik. Layihə tam işlənib hazır olandan sonra onun vasitəsilə 2 milyon tona qədər mal daşınacağına ümidvarıq. Eyni zamanda, İran və Azərbaycan prezidentləri martın əvvəlində İslam Əməkdaşlıq Təşkilatının İslamabadda keçiriləcək samitində görüşəcəklər".

C.Cahangirzadə həmçinin 2016-cı ildə Azərbaycan və İran arasında ticarət dövriyyəsinin 2015-ci illə müqayisədə artdığını bildirib: "2017-ci ildə bu rəqəmin daha da artacağına ümid edirik."

Son xəbərlər

Orphus sistemi