Məhəmməd İqbal: “İndoneziya Xocalı faciəsinə görə Azərbaycan xalqına başsağlığı verir”

Məhəmməd İqbal: “İndoneziya Xocalı faciəsinə görə Azərbaycan xalqına başsağlığı verir” "İstəyimiz bütün dünyada sülhünün bərqərar olmasıdır"
Xarici siyasət
28 Fevral , 2020 12:46
Məhəmməd İqbal: “İndoneziya Xocalı faciəsinə görə Azərbaycan xalqına başsağlığı verir”

“İndoneziya xalqı olaraq, Xocalıda baş verən faciə ilə əlaqədar təəssüf hissi keçirir və Azərbaycan xalqına başsağlığı veririk”.

“Report” İndoneziya KİV-inə istinadən xəbər verir ki, bunu İndoneziya-Azərbaycan ikitərəfli əməkdaşlıq qrupunun sədri Məhəmməd İqbal Azərbaycanın Cakartadakı səfiri Cəlal Mirzəyevlə görüşü zamanı deyib.

“Belə faciənin bir daha baş verməyəcəyinə ümid edirik. İstəyimiz bütün dünyada sülhünün bərqərar olmasıdır. Bu səbəbdən də ümid edirik ki, Azərbaycan və Ermənistan arasındakı problemlər müzakirə və diplomatiya yolu ilə həll edilə bilər”, - M.İqbal bildirib.

M.İqbalın sözlərinə görə, iki ölkə arasında münasibətlər çoxdan qurulub və uğurla inkişaf edir. O qeyd edib ki, enerji sektoru hələ də iki ölkənin ticarət balansında üstünlük təşkil edir.

C.Mirəyev Azərbaycanın İndoneziyanın turizm potensialında maraqlı olduğunu vurğulayıb. O, ölkəsinin Səudiyyə Ərəbistanına ümrə ziyarətinə gedən indoneziyalı zəvvarların Azərbaycanda qalmasında maraqlı olduğunu da söyləyib. 

Səfir əlavə edib ki, Azərbaycan höküməti İslam dini barədə müvafiq bilik və tarixi bilgilər ötürmək məqsədi ilə ümrə ziyarəti edən indoneziyalı zəvvarlar üçün xüsusi proqram hazırlamağa hazırdır. 

Onun sözlərinə görə, İndoneziyada zəvvar kimi Səudiyyə Ərəbistanına gedən müsəlmanların kifayət qədər böyük icması olduğundan Bakı həmçinin ümrə ziyarəti üçün turist paketləri hazırlamağa da hazırdır.

Bununla yanaşı, tərəflər regional məsələləri, habelə iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi