Səfir: "İndoneziya Azərbaycanın ən böyük ticarət tərəfdaşlardan birinə çevrilib"

Səfir: "İndoneziya Azərbaycanın ən böyük ticarət tərəfdaşlardan birinə çevrilib" Prayono Atiyanto: "İki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 2 milyard dollar təşkil edir"
Xarici siyasət
11 Noyabr , 2015 15:59
Səfir: İndoneziya Azərbaycanın ən böyük ticarət tərəfdaşlardan birinə çevrilib

Bakı. 11 noyabr. REPORT.AZ/ "İndoneziya Azərbaycanın ən böyük ticarət tərəfdaşlardan birinə çevrilib".

Bunu "Report"a açıqlamasında İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto deyib.

Onun sözlərinə görə, İndoneziya və Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 2014-cü ildə 2 milyard dollar təşkil edir: "Bizim unikal iqtisadiyyatımız var. Neft istehsalçısıyıq, onu ixrac edirik, amma eyni zamanda əlavə ehtiyatlar üçün ölkəyə neft idxal edirik".

İki ölkə arasında turizm sahəsində əməkdaşlıqdan danışan P.Atiyanto qeyd edib ki, bu il 500-ə yaxın azərbaycanlı turist İndoneziyada səfərdə olub. Turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün çarter reyslərinin açılması ehtimalına toxunan səfir Azərbaycan nümayəndə heyətinin bu məsələ ilə bağlı Cakartada olduğunu, lakin hələ razılaşma əldə olunmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi