Bakı. 6 aprel. REPORT.AZ/ "Biz uzun müddətdir ki, ABŞ-la Azərbaycan arasında güclü əlaqələr qurmağa çalışırıq. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri də bu məqsədlərə nail olmaq üçün şərait yaradıb".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Onun sözlərinə görə, İ.Əliyevin ABŞ-da görüşləri ətraflı və uğurlu olub.