Yuxarı
    Bağlamaq

    Səfir: "Hollandiya Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır"

    Gələcəkdə Abşeronda su anbarlarının təmizlənməsi üzrə işlər planlaşdırılır

    Bakı. 27 aprel. REPORT.AZ/ "Hollandiya su təsərrüfatı sahəsində Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır".

    "Report" xəbər verir ki, bunu Hollandiyanın Azərbaycandakı səfiri Robbert Qabrielse mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, Hollandiya fövqəladə halların qarşısının alınması məsələsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq edir: "Bundan başqa, Hollandiya Bakıda Olimpiya stadionunun yaxınlığındakı gölün təmizlənməsi işlərində də Azərbaycanla birgə çalışıb. Eyni zamanda, gələcəkdə Abşeronda su anbarlarının təmizlənməsi üzrə işlər planlaşdırılır. Bakı buxtasının təmizlənməsi üzrə işlər də nəzərdə tutulub".

    Səfir həmçinin təhsil sahəsində Azərbaycan ilə Niderland Krallığı arasında əlaqələrin inkişafının potensialının olduğunu qeyd edib. Bu baxımdan o, ADA Universiteti ilə Maahstrixt Biznes Məktəbi arasında əməkdaşlığı xatırladıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi