Səfir Həsən Məmmədzadə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə qan verib - FOTO

Səfir Həsən Məmmədzadə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə qan verib - FOTO Tədbirdə Litvanın birinci prezidenti də iştirak edib
Xarici siyasət
25 Fevral , 2016 11:00
Səfir Həsən Məmmədzadə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə qan verib - FOTO

Bakı. 25 fevral. REPORT.AZ/ "Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycanın Litvadakı səfirliyi tərəfindən Litva Seymindəki Azərbaycanla parlamentlərarası əlaqələr qrupu və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) ilə birgə Vilnüs şəhər Ratuşasında Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı "Həyat üçün qan" adlı anım mərasimi keçirib.

Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan səfir Həsən Məmmədzadə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün həyata keçirilən beynəlxalq maarifləndirmə kampaniyasının uğurlu olduğunu qeyd edib və artıq bir sıra ölkələrin qanunverici orqanlarının Xocalı soyqırımını rəsmi tanıdığını bildirib.

Litvanın ilk dövlət başçısı olmuş Vitautas Landsberqis çıxışında Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərək, Azərbaycan və Litvanın eyni keçmişinin olduğunu bildirib və hər iki ölkənin daima təhdidlərlə üzləşdiyini qeyd edib. O, qətliamların təkrarlanmaması üçün səylərin artırılmasının vacibliyini vurğulayaraq, qardaş Azərbaycan xalqına bir daha faciə yaşamamağı arzulayıb.

Çıxışlardan sonra tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı video nümayiş olunub.

Sonra Londonda yaşayan həmyerlimiz, tanınmış skripkaçı S.Rakçeyavanın rəhbərlik etdiyi "Pandora" Kvartetinin müşayiəti ilə Fransız bəstəkarı Pierre Thilloyun "Xocalı 613" adlı əsərin simli kvartet üçün uyğunlaşdırılan versiyası ifa edilib.

Tədbir müddəti ərzində səfirliyin əməkdaşları və Litvada təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımının qurbanlarının xatirəsinə Litvada qanazlığından əziyyət çəkən insanlar üçün qan veriblər. 

Son xəbərlər

Orphus sistemi