Səfir: "Hava reysləri Azərbaycan-Pakistan əməkdaşlığına təkan verəcək"

Səfir: "Hava reysləri Azərbaycan-Pakistan əməkdaşlığına təkan verəcək" "Pakistanla Azərbaycan arasında müntəzəm hava reyslərinə başlanması iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsinə təkan verəcək".
Xarici siyasət
16 Mart , 2022 14:54
Səfir: Hava reysləri Azərbaycan-Pakistan əməkdaşlığına təkan verəcək

"Pakistanla Azərbaycan arasında müntəzəm hava reyslərinə başlanması iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsinə təkan verəcək".

“Report” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Lahor şəhərindən Bakıya bu gün həyata keçirilən ilk təyyarə uçuşuna münasibət bildirərkən deyib.

“Bu gün “Pakistan İnternational Airlines” şirkətinin həyata keçirdiyi tarixi uçuşun şahidi olduq. Odur ki, bu, iki qardaş ölkə arasında çox böyük əhəmiyyətə malikdir”,- o bildirib.

Səfir qeyd edib ki, Bakı şirkətin Mərkəzi Asiya və Cənubi Qafqazda uçuşlar həyata keçirdiyi ilk şəhərdir: "Bu da Pakistanın Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyini göstərir".

Xatırladaq ki, “Pakistan İnternational Airlines” şirkəti bu həftədən etibarən Lahor və Kəraçidən Bakıya müntəzəm uçuşlara başlayır.

Son xəbərlər

Orphus sistemi