Yuxarı

​Səfir: "Azərbaycan və Ukrayna gec-tez ərazi bütövlüyünü bərpa edəcək"

Bakıda Ukrayna mədəniyyəti yarmarkası keçirilib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakıda Ukrayna mədəniyyəti yarmarkası keçirilib.

"Report"un məlumatına görə, tədbir zamanı iştirakçılara Ukrayna xalq mahnıları, rəqsləri və mətbəxi təqdim edilib.

Tədbirdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib ki, bu cür yarmarkanın təşkili əlaqələrin daha da genişlənməsinə xidmət edir.

Səfir xatırladıb ki, qardaş Azərbaycan və Ukrayna xalqları oxşar problemlərlə üzləşib. O, hər iki ölkənin öz ərazi bütövlüyünü yaxın vaxtlarda bərpa edəcəyinə əmin oldugunu vurğulayıb: "Hesab edirəm ki, xalqlarımız bu problemlə barışmayacaq və gec-tez həm Azərbaycan, həm də Ukraynada həqiqət öz yerini tapacaq, ölkələrimiz ərazi bütövlüyünü bərpa edəcək".

Tədbirdə Azərbaycanda yaşayan Ukrayna diasporunun nümayəndələri, Milli Məclisin üzvləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi