Səfir: "Fransa universitetlərində azərbaycanlı tələbələrin sayını artırmaq niyyətindəyik"

Səfir: "Fransa universitetlərində azərbaycanlı tələbələrin sayını artırmaq niyyətindəyik" Bakıdakı fransız məktəblərində 2020-ci ildən etibarən French education system təhsil sistemini tətbiq etmək niyyətindəyik.
Xarici siyasət
28 Noyabr , 2019 12:24
Səfir: Fransa universitetlərində azərbaycanlı tələbələrin sayını artırmaq niyyətindəyik

"Bakıdakı fransız məktəblərində 2020-ci ildən etibarən "French education system" təhsil sistemini tətbiq etmək niyyətindəyik".

"Report" xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros Beynəlxalq Fransız Dili Müəllimləri Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, fransız dili dünyada insanların ən çox danışdığı dillər arasında 5-ci yeri tutur və bu, inkişaf üçün böyük imkanlar açır. 

"Bunu və Fransa Prezidenti Emmanuel Makronun fransız dilini dünyada yaymaq planını nəzərə alaraq, Azərbaycanda da olmaqla, bir sıra addımlar atılacaq. Həmçinin Fransada təhsil alan azərbaycanlı tələbələrin sayını artırmaq niyyətindəyik", - səfir bildirib.

Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov bu universitetin Azərbaycanda fransız dili mütəxəssislərinin hazırlanmasındakı həlledici rolunu qeyd edib.

O, ölkədə fransız dilinə böyük marağın olduğunu da vurğulayıb: "Azərbaycanda təqribən 450 müəllim fransız dilini tədris edir. 500-dən çox tələbə Azərbaycan universitetlərində fransız dilini öyrənir".

Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nicat Məmmədov isə bildirib ki, bu gün Azərbaycanın 345 məktəbində 60 minə yaxın şagird fransız dilini xarici dil kimi öyrənir.

Son xəbərlər

Orphus sistemi