Fransanın Azərbaycandakı səfirliyində Milli Terror Qurbanlarının Anım Günü qeyd olunub.
“Report” xəbər verir ki, tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qros beynəlxalq terrorizmi bütün bəşəriyyət üçün qlobal problem adlandırıb.
"11 Mart artıq Fransada terror qurbanlarının anım günüdür. Fransa tarixin son dövrlərində dəfələrlə müxtəlif qruplar tərəfindən terror hücumlarına məruz qalıb. Bu, böyük faciədir. Vətəndaş dialoqumuzu təşviq etmək və qiymətləndirmək lazımdır. Hüquq-mühafizə orqanlarında çalışan bütün insanlara, eləcə də insanların həyatını xilas edən hər kəsə təşəkkür edirəm”, - o söyləib.
Səfir, həmçinin terrorizmə qarşı mübarizədə səmərəli əməkdaşlığa görə Azərbaycana təşəkkürünü bildirib: “Azərbaycanın üzləşdiyi problemləri daha yaxşı başa düşürük və onlar, demək olar, bizim problemlərimizə bənzəyir. Dini dözümsüzlüklə mübarizədə göstərdikləri səylərə görə Azərbaycana da təşəkkür edirəm”.




















