Səfir: "Fransa şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır"

Səfir: "Fransa şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır" Elzas bölgəsinin şirkətləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır.
Xarici siyasət
9 mart 2022 10:24
Səfir: Fransa şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır

"Fransanın Elzas bölgəsinin şirkətləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır".

“Report” xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zəkəri Qross tviter səhifəsində yazıb.

“Bu səhər Strasburq Ticarət Palatasında Fransanın Elzas bölgəsindən olan, tikinti, nəqliyyat, bərpa olunan enerji, kənd təsərrüfatı sahələrində azərbaycanlı tərəfdaşları ilə çalışmağa maraq göstərən şirkətlərlə silsilə görüşlərim var”, - onun paylaşımında deyilir.

Son xəbərlər

Orphus sistemi