Səfir: Fransa-Naxçıvan əməkdaşlığı daha da genişləndiriləcək

Səfir: Fransa-Naxçıvan əməkdaşlığı daha da genişləndiriləcək Naxçıvan Ali Məclisinin sədri Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Xarici siyasət
19 Oktyabr , 2017 23:55
Səfir: Fransa-Naxçıvan əməkdaşlığı daha da genişləndiriləcək

Bakı. 19 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşüb.

"Report" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, V. Talıbov səfirin geniş tərkibdə muxtar respublikaya səfərini Fransa dövlətinin Naxçıvana marağı və diqqəti kimi dəyərləndirib, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa Respublikası arasında elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələrdən danışıb.

Muxtar respublikanın 38 təhsil müəssisəsində fransız dilinin tədris olunduğunu və Naxçıvan Dövlət Universitetində Fransız dili ixtisasının fəaliyyət göstərdiyini diqqətə çatdıran Ali Məclisin sədri Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası tərəfindən muxtar respublikada aparılan tədqiqatların əhəmiyyətini vurğulayıb, qarşılıqlı əlaqələrin davam etdiriləcəyinə əminliyini ifadə ediv.

Səmimi qəbula görə minnətdarlıq edən Orelia Buşez Naxçıvanla tanışlığın onda dərin təəssürat yaratdığını diqqətə çatdırıb. Ölkələrimiz arasındakı dostluq münasibətlərinə toxunan səfir Fransa-Naxçıvan əlaqələrinin inkişafının və muxtar respublikada fransız dilinin tədrisinin məmnunluq doğurduğunu bildirib, əməkdaşlığın daha da genişləndiriləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi