Səfir Fərid Şəfiyev Praqada “Azərbaycanda biznesin aparılması” adlı seminarda iştirak edib

Səfir Fərid Şəfiyev Praqada “Azərbaycanda biznesin aparılması” adlı seminarda iştirak edib Seminarda Azərbaycanın iqtisadi imkanlar barədə bəhs edilib
Xarici siyasət
3 Mart , 2016 22:27
Səfir Fərid Şəfiyev Praqada “Azərbaycanda biznesin aparılması” adlı seminarda iştirak edib

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Praqada “Azərbaycanda biznesin aparılması” adlı seminarda iştirak edib.

“Report”un Azərbaycanın Çexiyadakı səfirliyinin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, seminarın keçirilməsində məqsəd yerli çex şirkətlərinin Azərbaycana sərmaye yatırması imkanlarının təşviq edilməsindən ibarət olub.

Seminarda Çexiya Sənaye və Ticarət nazirliyi, Çexiya İxracatın zəmanəti və sığortası cəmiyyəti (EGAP) və digər dövlət qurumlarının nümayəndələri, habelə müxtəlif şirkətlərin təmsilçiləri iştirak edib.

Səfir Fərid Şəfiyev öz çıxışında ümumdünya iqtisadi böhran vəziyyəti və neft qiymətlərinin kəskin enməsi hallarına baxmayaraq, Azərbaycanın sabit şəkildə iqtisadi inkişafını davam etdirdiyini, biznes mühitinin yaxşılaşdırılması məqsədilə hökumətin həyata keçirdiyi tədbirlər, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində atdığı addımlar haqqında bəhs edib.

F.Şəfiyev Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin yatırılmasının əhəmiyyətinə toxunub və yerli istehsal imkanlarının perspektivləri haqqında bəhs edib.

Digər natiqlər öz çıxışlarında Azərbaycanda münbit sərmayə mühitinin formalaşması, ölkəmizin sabit inkişafı, MDB ölkələri arasında aparıcı iqtisadi göstəricilərə malik olması, Çexiya-Azərbaycan iqtisadi və biznes əlaqələrinin inkişafı haqqında məlumat verib.

Son xəbərlər

Orphus sistemi