Yuxarı
    Bağlamaq

    Səfir Eynulla Mədətli Ukrayna Ali Radasında Azərbaycan parlamenti ilə əməkdaşlıq üzrə işçi qrupun üzvləri ilə görüşüb

    Görüşdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məsələsi müzakirə olunub

    Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukrayna Ali Radasında Azərbaycanın Milli Məclisi ilə əməkdaşlıq üzrə işçi qrupun rəhbəri və üzvləri ilə görüşüb. 

    Azərbaycanın Ukraynadakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə işçi qrupun sədri Roman Nəsirov Azərbaycan və Ukrayna arasında parlamentlərarası, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi, ölkələrimizin bir-birinin problemlərinə daha yaxından bələd olmalarına nail olunması istiqamətində işçi qrupun görəcəyi işlər barədə danışıb. Səfir Eynulla Mədətli Azərbaycan Respublikası Milli Məclisində Ukrayna Ali Radası ilə əməkdaşlıq üzrə işçi qrupun tərkibi barədə məlumat verib. Qrup rəhbərinin müavini Sergey Taruta və digər deputatlar Ukrayna və Azərbaycan arasında tarixi dostluq əlaqələrindən, bugünkü strateji maraqlardan, üzləşdiyimiz çətinlik və çağırışlardan ətraflı bəhs ediblər. Görüşdə iştirak edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev rəhbərlik etdiyi diaspor təşkilatlarının rolundan danışıb.

    Qeyd etmək lazımdır ki, işçi qrupa Ukrayna Parlamentinin bütün fraksiyalarından - “Blok Petra Poroşenka”, “Narodnıy front”, “Samopomiç”, “Volya Narodu”, “Ekonomiçnıy rozvitok” partiyalarından və heç bir fraksiya üzvü olmayan deputatlar daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi