"Azərbaycanla Pakistanın gələcək əməkdaşlığı genişləndirmək üçün böyük potensialı var".
"Report" xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand aprelin 11-13-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə-Pakistan sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.
"Azərbaycan və Pakistan ticarət sahəsindəki potensialdan tam istifadə etməlidir. Əməkdaşlığımızın məqsədi qarşılıqlı faydadır", - səfir bildirib.
O həmçinin qeyd edib ki, bunun üçün birbaşa aviareyslərin açılması lazımdır: "Belədə iş adamları uçuşlara görə vaxt sərf etməyəcək. Bundan əlavə, bu, Pakistandan Azərbaycana daxil olan malların sayını artıracaq".
Diplomat eyni zamanda Azərbaycan və Pakistan arasında İran ərazisi vasitəsilə dəmir yolu əlaqəsinin yaradılmasının zərurətini qeyd edib.