Yuxarı
    Bağlamaq

    Səfir Elxan Poluxov Zimbabve parlamentinin spikeri ilə görüşüb

    Görüş əsnasında iki ölkə arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub

    Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycanın Cənubi Afrikadakı səfiri Elxan Poluxov Zimbabveyə səfəri çərçivəsində bu ölkə parlamentinin spikeri Cakob Fransis Mudenda ilə görüşüb

    Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı E.Poluxov müasir dövrdə beynəlxalq aləmdə parlament diplomatiyasının xüsusi rol oynadığını qeyd edərək, iki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi imkanlarına toxunub. 

    Səfir ölkəsinin 2012-2013 illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu müddətdə Afrika qitəsini narahat edən bir çox məsələlərə xüsusi diqqət ayırdığını həmsöhbətinin nəzərinə çatdırıb. O, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı və onun doğurduğu fəsadlar barəsində həmsöhbətinə məlumat verib.

    O, ölkəsinin son illər bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildiyini və bu xüsusda 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçiriləcəyini bildirərək Zimbabvenin də bu tədbirə qatılacağına ümidvar olduğunu söyləyib.

    Cakob Fransis Mudenda Azərbaycanın beynəlxalq aləmdə baş verən proseslərdə fəal rol oynadığını yüksək qiymətləndirərək, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin qanunvericilik orqanları arasında qurulan əlaqələrin vacibliyini vurğulayıb.

    O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığını hər zaman dəstəklədiyini və BMT-də bu məsələnin müzakirəsi zamanı ölkəmizə dəstək verdiyini söyləyib.

    Görüş əsnasında iki ölkə arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi