Səfir Əli Əlizadə etimadnaməsini Pakistan prezidentə təqdim edib - FOTO

Səfir Əli Əlizadə etimadnaməsini Pakistan prezidentə təqdim edib - FOTO Məmnun Hüseyn yeni təyin olunmuş diplomata uğurlar arzulayıb
Xarici siyasət
19 İyul , 2016 22:35
Səfir Əli Əlizadə etimadnaməsini Pakistan prezidentə təqdim edib - FOTO

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə etimadnaməsini bu ölkənin prezidenti Məmnun Hüseyinə təqdim edib.

Azərbaycanın Pakistandakı səfirliyindən “Report”a verilən məlumata görə, etimadnamənin təqdim olunma mərasimindən sonra prezident Məmnun Hüseyinlə keçirilən görüşdə Əli Əlizadə Pakistanda səfir kimi təyinatından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirib.

Səfir, Azərbaycan prezidenti İlham Əliyevin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib.

Ermənistanın işğal etdiyi qədim Azərbaycan torpaqlarında müsəlman aləminə aid dini abidələrin, məscid və ziyarətgahların dağıdıldığını və təhqirə məruz qoyulduğunu vurğulayan səfir Əli Əlizadə Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olmasının, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımamasının, Xocalı soyqrımı ilə əlaqədar Pakistan parlamentinin qəbul etdiyi qətnamə və bəyanatların Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edərək, Azərbaycanın hər zaman Pakistanı güclü, təhlükəsiz və inkişaf edən ölkə kimi görmək istədiyini bildirib.

Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü kimi Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilən qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb.

Səfiri təyinatı münasibəti ilə təbrik edən Məmnun Hüseyn Azərbaycan-Pakistan səmimi dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu qeyd edərək bu əlaqələrin yaranmasında İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi xidmətlərinin olduğunu bildirib.

Məmnun Hüseyn iki ölkə arasındakı möhkəm siyasi münasibətlərlə yanaşı iqtisadi, ticari, mədəni, elmi, enerji, nəqliyyat və digər əlaqələrin daha da inkişafında və xidməti fəaliyyətində səfir Əli Əlizadayə uğurlar arzulayıb, Pakistanda özünü öz vətənindəki kimi hiss edəcəyinə inamını bildirib.

Son xəbərlər

Orphus sistemi