​Səfir Əkrəm Zeynallı Lixtenşteyn parlamentinin sədri ilə görüşüb

​Səfir Əkrəm Zeynallı Lixtenşteyn parlamentinin sədri ilə görüşüb O, Milli Məclisin sədrinin dəvət məktubunu Albert Frikə təqdim edib
Xarici siyasət
530
12 Fevral , 2015 19:55
​Səfir Əkrəm Zeynallı Lixtenşteyn parlamentinin sədri ilə görüşüb

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Əkrəm Zeynallı Vaduts şəhərinə işgüzar səfəri çərçivəsində fevralın 11-də Lixtenşteyn Knyazlığı parlamentinin sədri Albert Friklə görüşüb.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını çatdıran səfir onun tərəfindən lixtenşteynli həmkarına ünvanlanmış rəsmi səfərə dair dəvət məktubunu A.Frikə təqdim edib. Səfir Ə.Zeynallı Azərbaycanın Lixtenşteynlə əlaqələrə əhəmiyyət verdiyini qeyd edərək, Lixtenşteyn parlamentinin sədrinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.

Lixtenşteyn Knyazlığının da Azərbaycan ilə əlaqələrini genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdıran A.Frik dəvətə görə təşəkkür edib və dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini bildirib.

Görüş zamanı Azərbaycan və Lixtenşteyn arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə, o cümlədən regionda baş verən son proseslərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi