Səfir: "Əfqanıstan Azərbaycanın Kabildə səfirlik açmasını gözləyir"

Səfir: "Əfqanıstan Azərbaycanın Kabildə səfirlik açmasını gözləyir" "Səfirliyin açılmasının ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminəm"
Xarici siyasət
9 Fevral , 2016 09:38
Səfir: Əfqanıstan Azərbaycanın Kabildə səfirlik açmasını gözləyir

Bakı. 9 fevral. REPORT.AZ/ "Əfqanıstan Azərbaycanın Kabildə səfirlik açmasını gözləyir".

Bunu "Report"a müsahibəsində Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili deyib.

Səfir yaxın gələcəkdə ölkəsinin paytaxtında Azərbaycan səfirliyinin binasının açılacağına ümidvar olduğunu xüsusi vurğulayıb.

Diplomat qeyd edib ki, Azərbaycanın Əfqanıstanda diplomatik missiyasının açılışı ölkələr arasındakı münasibətlərini daha da möhkəmləndirəcək: "Bəzən bizim iş adamları viza almaq istəyir. Amma səfirliyin olmaması müəyyən çətinliklər yaradır. Səfirliyin açılmasının ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminəm".

Son xəbərlər

Orphus sistemi