Yuxarı
    Bağlamaq

    Əfqanıstan səfiri: "Asiyanın ürəyi" konfransının Bakıda keçirilməsi təşəbbüsünə görə Azərbaycana minnətdarıq"

    Məhəmməd Tağı Xəlili: İki ölkəl arasında regional problemlər və məsələlər üzrə qarşılıqlı anlaşma mövcuddur

    Bakı. 19 dekabr. REPORT.AZ/ "Azərbaycanın "Asiyanın ürəyi" prosesində (İstanbul prosesi) mühüm rolu bu ölkənin Əfqanıstanda sülh və sabitliyin bərqərar olması məsələsinə sadiqliyinin tam aydın göstəricisidir".

    "Report" xəbər verir ki, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili 2017-ci ildə bu proses çərçivəsində Azərbaycanın həmsədr olması və gələn il Bakıda nazirlər səviyyəsində konfransın keçirilməsi qərarını şərh edərkən deyib.

    Onun sözlərinə görə, iki ölkə arasında regional problemlər və məsələlər üzrə qarşılıqlı anlaşma mövcuddur və bununla əlaqədar rəsmi Bakı və Kabul problemləri həll etmək üçün güclərini birləşdirir.

    "Azərbaycan hökumətinə həmsədrlik təşəbbüsünə və 2017-ci ildə "Asiyanın ürəyi" konfransına ev sahibliyi etmək qərarına görə, minnətdarıq", - səfir bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi