Səfir Daşqın Şikarov Pakistanın Bəlucistan parlamentinin sədri ilə görüşüb

Səfir Daşqın Şikarov Pakistanın Bəlucistan parlamentinin sədri ilə görüşüb Sədr Mir Can Camali Heydər Əliyev Fondunun dəstəyi ilə əyalətdə keçirilən humanitar aksiyalara görə öz təşəkkürünü bildirib
Xarici siyasət
21 Yanvar , 2015 13:26
Səfir Daşqın Şikarov Pakistanın Bəlucistan parlamentinin sədri ilə görüşüb

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistanın Bəlucistan əyaləti parlamentinin sədri Mir Can Camali ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Görüş zamanı səfir Azərbaycan və Pakistan arasında mövcud olan dostluq münasibətlərindən söz açıb, Dağlıq Qarabağ məsələsi daxil olmaqla bütün məsələlərdə Pakistanın Azərbaycana indiyə kimi verdiyi dəstəyə görə əyalət parlamentinin spikerinə təşəkkür edib.

D.Şikarov Pakistan Senatının 1 fevral 2012-ci ilin tarixində Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməsinin qəbul edilməsində M.C.Camalinin oynadığı əvəzsiz roluna görə ona bir daha təşəkkürünü bildirib.

Bəlucistan əyalətinin parlamentinin spikeri Pakistan və Azərbaycan xalqları arasında münasibətlərin səmimi dostluğa arxalandığını qeyd edərək onların bütün sahələrdə inkişaf etdiyini vurğulayıb. 

Mir Can Camali, həmçinin 2012-ci il martın 1-də Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünün təəssüratlarını bölüşüb.

Camali Bəlucistanda gedən proseslər barəsində məlumatlar verib, Heydər Əliyev Fondu və onun prezidenti  Mehriban Əliyevaya Bəlucistanın zəlzələdən zərər çəkmiş ərazilərdə və əyalətin digər bölgələrində həyata keçirtmiş humanitar aksiyalara görə öz minnətdarlığını bildirib. 

Son xəbərlər

Orphus sistemi