Səfir: "Cənub Qaz Dəhlizinin işğal olunmuş Azərbaycan ərazilərin yaxınlığında keçməsi bu layihəyə ən ciddi təhlükədir"

Səfir: "Cənub Qaz Dəhlizinin işğal olunmuş Azərbaycan ərazilərin yaxınlığında keçməsi bu layihəyə ən ciddi təhlükədir" Fuad İsgəndərov İtaliya KİV-nə müsahibə verib
Xarici siyasət
29 Dekabr , 2016 19:09
Səfir: Cənub Qaz Dəhlizinin işğal olunmuş Azərbaycan ərazilərin yaxınlığında keçməsi bu layihəyə ən ciddi təhlükədir

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanın Balçikadakı səfiri, Azərbaycanın Avropa İttifaqındakı daimi nümayəndəsi Fuad İsgəndərovun İtaliyanın nüfuzlu ANSA xəbər agentliyində müsahibəsi dərc olunub.

Azərbaycanın Belçikadakı səfirliyindən "Report"a verilən məlumata görə, əsas mövzusu Cənub Qaz Dəhlizi layihəsi olan müsahibədə F.İsgəndərovun layihənin hazırki durumu və gələcəyi, eləcə də ümumilikdə ölkəmizin iştirakı ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri barədə fikirləri yer alıb.

Müsahibədə Azərbaycan qazının ilk kubmetrlərinin 2020-ci ildə Avropaya çatdırılacağını qeyd edən səfir qaz borusunun yekun nöqtəsi olan İtaliyanın Leççe vilayətinin San Foka məntəqəsində ətraf mühitinin qorunması xüsusunda narahatlıqla bağlı problemin müvafiq hakimiyyət orqanları tərəfindən tezliklə həll ediləcəyinə ümidvar olduğunu bildirib, irimiqyaslı layihələrin həyata keçirilməsində bu kimi məqamların yaranmasının ilk hal olmadığını vurğulayıb.

Beynəlxalq enerji bazarında Azərbaycanın rəqabət qabiliyyəti ilə bağlı sualına cavab olaraq F.İsgəndərov Azərbaycanın heç kəslə rəqabət aparmadığını önə çəkib, Cənub Qaz Dəhlizini layihəsinin maliyyə məsələləri ilə bağlı qərarların artıq qəbul edilməsini müsbət hal kimi səciyyələndirib.

O, habelə Şimal – Cənub nəqliyyat dəhlizi layihəsinin önəmini vurğulamış və bu xüsusda, Azərbaycan, Rusiya və İran Prezidentlərinin Bakıda keçirilən görüşünü xatırladıb.

Sonda Səfir 20 ildən çox davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, qaz borusunun işğal edilmiş ərazilərə yaxın məntəqələrdən keçəcəyini və Cənub Qaz Dəhlizi layihəsinə ən ciddi təhlükənin elə buradan gələ biləcəyinə dair narahatlığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi