Yuxarı

Səfir: "Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsi Aİ üçün əsas prioritetdir"

Mard: Aİ rəhbərliyi layihənin vaxtında həyata keçiriləcəyinə əmin olmaq üçün hər şey etməyə hazır olduğunu göstərir

Bakı. 11 may. REPORT.AZ/ "Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsi Avropa İttifaqı üçün əsas prioritetdir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Səfir bu layihənin həyata keçirilməsi nəticəsində 2020-ci ilin əvvəlində İtaliyaya ilk qazın verilməsinin təmin ediləcəyini vurğulayıb. O, bildirib ki, Aİ rəhbərliyi layihənin vaxtında həyata keçiriləcəyinə əmin olmaq üçün hər şey etməyə hazır olduğunu göstərir.

M.Mard Cənub qaz dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisinin başlanmasına həsr olunmuş mərasimin mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçiriləcəyini də xatırladıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi