Səfir: "Bu ilin sonunadək Azərbaycan-İsrail hökumətlərarası komissiyasının iclasını keçirəcəyimizə ümid edirik"

Səfir: "Bu ilin sonunadək Azərbaycan-İsrail hökumətlərarası komissiyasının iclasını keçirəcəyimizə ümid edirik" Hökumətlərarası komissiyanın iclasının keçirilməsi barədə memorandum İsrailin baş naziri Binyamin Netanyahunun Bakıya səfəri zamanı imzalanıb
Xarici siyasət
6 Aprel , 2017 12:13
Səfir: Bu ilin sonunadək Azərbaycan-İsrail hökumətlərarası komissiyasının iclasını keçirəcəyimizə ümid edirik

Bakı. 6 aprel. REPORT.AZ/ "2017-ci ilin sonunadək Azərbaycan-İsrail hökumətlərarası komissiyasının ilk iclasını keçiriləcəyinə ümid edirik".

"Report" xəbər verir ki, bunu brifinqdə İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

O, İsrailin baş naziri Binyamin Netanyahunun Bakıya son səfəri zamanı hökumətlərarası komissiyanın iclasının keçirilməsi haqqında memorandum imzalandığını xatırladıb.

Səfir hökumətlərarası komissiyanın iclasının dəqiq vaxtı və yerinin diplomatik məsləhətləşmələrdən sonra müəyyən olunacağını əlavə edib.

Qeyd edək ki, hökumətlərarası komissiyanın həmsədrləri Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İsrail tərəfdən isə ekologiya naziri Zeev Elkindir.

Son xəbərlər

Orphus sistemi