Səfir: "Bu ay Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclası keçiriləcək"

Səfir: "Bu ay Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclası keçiriləcək" Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının dekabrın 14-də Moskvada keçirilməsi nəzərdə tutulur.
Xarici siyasət
6 Dekabr , 2018 18:03
Səfir: Bu ay Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclası keçiriləcək

Bakı. 6 dekabr. REPORT.AZ/ "Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının dekabrın 14-də Moskvada keçirilməsi nəzərdə tutulur".

Bunu “Report”a Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

Onun sözlərinə görə, bir gün öncə - dekabrın 13-də komissiyanın ekspertlər səviyyəsində iclas keçiriləcək.

Xatırladaq ki, hökumətlərarası komissiyanın son iclası 2016-cı ilin dekabr ayında Bakıda keçirilib.

Son xəbərlər

Orphus sistemi