Yuxarı
    Bağlamaq

    Səfir: "BMT-nin bəzi qətnamələri bir neçə saata icra edilir, bəziləri isə illər ərzində yerinə yetirilmir"

    ​Şahin Abdullayev: Bəzi ölkələr digər dövlətlərə təzyiq göstərmək istəmir© Report.az

    Bakı. 21 iyul. REPORT.AZ/ "BMT-nin bəzi qətnamələri bir neçə saata icra edilir, bəziləri isə illər ərzində yerinə yetirilmir. Azərbaycan belə bir şəraitdədir ki, 1993-cü ildən mənim ölkəmin ərazisinin işğalının dayandırılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməmiş qalır".

    "Report"un verdiyi xəbərə görə, bu barədə Qüds məsələsi ilə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun sessiyasında Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev deyib.

    Onun sözlərinə görə, qətnamələrin yerinə yetirilməməsinin əsas səbəbi ilk növbədə onların yerinə yetirilməsi üçün mexanizmin olmamasındadır: "Bəzi ölkələr digər dövlətlərə təzyiq göstərmək istəmir. Ona görə də, münaqişələr uzanır". 

    Ş.Abdullayev həmçinin Azərbaycanın Fələstin xalqını dəstəklədiyini deyib və ümidvar olduğunu bildirib ki, Bakıda keçirilən beynəlxalq konfrans Fələstin-İsrail münaqişəsinin nizama salınması prosesini sürətləndirməyə kömək edəcək.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi