Səfir: "Biz Azərbaycan Prezidentinin Pakistana səfərini gözləyirik"

Səfir: "Biz Azərbaycan Prezidentinin Pakistana səfərini gözləyirik" "Bu istiqamətdə işlər görülür"
Xarici siyasət
5 Fevral , 2016 10:47
Səfir: Biz Azərbaycan Prezidentinin Pakistana səfərini gözləyirik

Bakı. 5 fevral. REPORT.AZ / "Bu il biz Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfərini gözləyirik".

"Report"un məlumatına görə, bu sözləri Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu istiqamətdə işlər aparılır.

X.U.Qayser qeyd edib ki, iki ölkə arasında yaxşı əlaqələr var. O, həmçinin bu il müxtəlif səviyyələrdə bir sıra digər səfərlərin gözlənildiyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi